Akademik hüquqi yazı sahəsindəki tələblər, qaydalar, təcrübələr barədə ölkəmizdə yığcam və informativ nəşr yox idi. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin nəşr etdiyi "Tələbə hüquq jurnalı"nın redaksiya heyəri jurnalın çoxillik təcrübəsi əsasında akademik hüquqi yazı kitabçasını ərsəyə gətirib.
Kitabçanın hazırlanmasında əsas məqsəd akademik hüquqi yazı ilə məşğul olmaq istəyən şəxslər üçün bələdçi rolunu oynamaq və bu yolda onlara işıq tutmaqdır. Redaksiya heyəti inanır ki, bu Kitabça hüquq elmonin inkişafına töhfə vermək istəyən müəlliflərə yol göstərəcəkdir.
Kitabçanı buradan yükləyə bilərsiniz.