Üzvlər / Nazlı Əhmədova
Nazlı Əhmədova
Nazlı Əhmədova Sədr

 

Nazlı Əhmədova “Apex Advisors” hüququ firmasının təsisçisi, biznes hüquq sahəsində 25 ilə yaxın təcrübəyə malikdir. Tikinti, neft-qaz və infrastruktur, nəqliyyat, beynəlxalq ticarət, kənd təsərrüfatı və əqli mülkiyyət hüququ ilə bağlı çoxlu sayda layihələrin hüquqi dəstəyini, habelə beynəlxalq arbitrajda təmsilçiliyi həyata keçirmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 2022-ci ildən Biznes Hüququ Komitəsinin sədridir.
Azərbaycan dilində ilk əqli müllkiyyət bloqunun - nazliahmad.wordpress.com müəllifi və maarifləndirici “Hüquqi açıqcalar” layihəsinin təsisçisidir.

Təhsili:
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, bakalavr və magistr dərəcələri
ABŞ-nın Minnesota Universitetinin Hüquq Məktəbi, LL.M.

Dil bilikləri:
Azərbaycan
İngilis
Türk
Rus

 

[email protected]
+99450 3632600
Beynəlxalq nəqliyyat hüququnun unifikasiyası ... Ətraflı
Beynəlxalq ticarət hüququnun unifikasiyası: metodlar və əsas beynəlxalq təşkilatlar ... Ətraflı