Üzvlər / Kamil Vəliyev
Kamil Vəliyev
Kamil Vəliyev İdarə Heyətinin üzvü


Kamil Vəliyev “Dentons” beynəlxalq hüquq şirkətinin ortağıdır və Korporativ və M&A (Enerji və Telekom), Əqli Mülkiyyət və Texnologiya,  Neft-qaz və infrastruktur, Tənzimləmə, Məhkəmə çəkişməsi və Mübahisələrin həlli sahələrində  geniş təcrübəyə malikdir. 

Kamil “Dentons” şirkətinin Korporativ, Əqli Mülkiyyətvə Texnologiya, Məhkəmə Mühakiməsi və Mübahisələrin Həlli İşçi Qruplarının üzvüdür. 2007-ci ildən Kamil Vəliyev transmilli şirkətlərə Azərbaycanın özəl və dövlət şirkətləri ilə birgə müəssisələrin və strateji alyansların yaradılması, bu cür birgə müəssisə və alyanslarda iştirak paylarının əldə edilməsi ilə bağlı məsləhətlər verir. 

Kamil Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Hüquq Departamentində hüquq məsləhətçisi vəzifəsində çalışmaqla yanaşı SOCAR-ın Baş ofisində Beynəlxalq layihələrin hüquqi təminatı şöbəsinə rəhbərlik etmişdir. O, həmçinin Bakı Dövlət Universitetində və ADA Univesitetində İnformasiya Hüququ, Süni İntellekt və hüquq və Enerji Hüququ fənnlərini tədris edir.

Kamil Vəliyevin təcrübəsi aşağıdakı beynəlxalq reytinq təşkilatları tərəfindən də qiymətləndirilmişdir:
  • Legal 500 2023: Azərbaycanda Ümumi Biznes Hüququ üzrə qabaqcıl Şəxs kimi qiymətləndirilmişdir.
  • Chambers and Partners Asia-Pacific 2023: Azərbaycanda Ümumi Biznes Hüququ üzrə Qrup 3 olaraq qiymətləndirilmişdir. 
  • IFLR 1000 2023: Azərbaycanda layihələrin inkişafı və M&A üzrə yüksək dərəcədə qiymətləndirilmişdir.
  • Chambers and Partners Global 2022: Azərbaycanda Ümumi Biznes Hüququ üzrə Qrup 3 olaraq qiymətləndirilmişdir. 
  • Association of International Petroleum Negotiators (indiki Association of International Energy Negotiators): İlin Üzvü Mükafatı, 2017 və Seçilmiş Üzv, 2023
Təhsili:
Nyu Hampşir Universiteti, 2006, LL.M.
Bakı Dövlət Universiteti, 2004, LLB
Oregon Universiteti, 2002, Mübadilə proqramı

Dil bilikləri:
Azərbaycan 
ingilis
türk
rus
Beynəlxalq nəqliyyat hüququnun unifikasiyası ... Ətraflı
Beynəlxalq ticarət hüququnun unifikasiyası: metodlar və əsas beynəlxalq təşkilatlar ... Ətraflı