İlham Hüseynov “PAŞA Bank” ASC-nin Hüquqi məsələlər şöbəsinin rəhbəri, maliyyə, korporativ və biznes hüququ sahəsində 11 ilə yaxın təcrübəyə malikdir. Bank, maliyyə, qiymətli kağızlar, innovasiyalar, Azad iqtisadi zonalar və əqli mülkiyyət hüququ ilə bağlı çoxlu sayda layihələrin hüquqi dəstəyini, habelə məhkəmə təmsilçiliyini həyata keçirmişdir. 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 2022-ci ildən Biznes Hüququ Komitəsinin üzvüdür. 2023-cü ilin sentyabr ayından “ADA universtitetində” “Maliyyə bazarları hüququ” fənnini tədris edir.
Təhsili:
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsidən, Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alaraq məzun olmuşdur. Sonradan Beynəlxalq hüquq üzrə magistr dərəcəsi almışıdır. Hazırda Beynəlxalq hüquq üzrə namizədlik işi üzərində çalışır. Müxtəlif yerli və beynəlxalq sertifikatlara malikdir. Eyni zamanda Layihə İdarəetməsi üzrə beynəlxalq sertifikata malikdir.