Üzvlər / Əkrəm Həsənov
Əkrəm Həsənov
Əkrəm Həsənov Sədr müavini




Əkrəm Həsənov “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun rəhbəri, biznes hüququ sahəsində 23 ilə yaxın təcrübəyə malikdir. 10 ildən çox bank sektorunda çalışmışdır, o cümlədən top menecment vəzifələrində. Bank, sığorta, qiymətli kağızlar, vergi, daşınmaz əmlak və korporativ hüquqla bağlı layihələrin hüquqi dəstəyini, habelə ləğv prosesində (o cümlədən müflisləşmiş) olan maliyyə şirkətlərində təmsilçiliyi (ləğvetmə komissiyasının sədri, kreditorlar komitəsinin sədri) həyata keçirmişdir. 2014-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 2022-ci ildən Biznes Hüququ Komitəsinin sədr müavinidir.
 
Mülki Məcəllənin şərhi üzrə iki kitabın, habelə “Azərbaycanın bank hüququ” monoqrafiyasının müəllifidir.

Təhsili:
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, bakalavr və magistr dərəcələri
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsi, bakalavr dərəcəsi

Dil bilikləri:
Azərbaycan 
İngilis
Rus

[email protected]
+99450 2304033
A BRIEF REVIEW OF DIRECTORS’ FIDUCIARY DUTIES UNDER AZERBAIJANI CORPORATE LAW ... Ətraflı
Beynəlxalq nəqliyyat hüququnun unifikasiyası ... Ətraflı